AZAL-ın rəqibindən eyni nəticə, Azərbaycan çempionu Uelsdə fərqləndi
15.07.2011 - 10:00
AZAL-ın rəqibindən eyni nəticə, Azərbaycan çempionu Uelsdə fərqləndi
Avroliqada II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ən məhsuldar oyunu Maltada olub. Kiprin AEK klubu Floriana”sına səfərdə 8 cavabsız qol vurmaqla, günün ən böyük hesablı qələbəsini qazanıb. AZAL-ı kənarlaşdıran “Minsk” “Qaziantepspor”la ilk oyunda da 1:1 hesablı bərabərliyə qalıb. Ancaq fərq ondadır ki, bu dəfə həmin nəticə səfərdə yox, evdə əldə edilib. Bu üzdən “Minsk”in mərhələ keçmək şansı azalır. Əslində belaruslular kapitanı Andrey Razinin qolu ilə hesabı açsa da, 2-ci hissənin əvvəlində avtoqolla qələbəni əldən verib.

Komandalarımızın qələbə qazana bilmədiyi ilk oyunlarda Azərbaycan çempionu fərqlənib. Söhbət “İnter”in heyətində Premyer Liqamızın qalibi olandan sonra vətənə qayıdan Davidk Odikadzedən gedir. Yarımmüdafiəçi Tiflis “Dinamo”sunun heyətində Uelsin “Lanelli” klubu ilə səfər oyununda (1:2) penaltidən vurduğu qolla komandasının mərhələ keçmək şansı saxlayıb. İndi gürcülərə mərhələ keçmək üçün evdəki cavab oyununda 1:0 hesablı qələbə də yetərlidir.

Avroliqa, II təsnifat mərhələsi

İlk oyunlar

14 iyul

"Streymur" (Farer adaları) - "Qarabağ" (Azərbaycan) - 1:1
A. Hansen, 90+3 - Əliyev, 11

"Makkabi" (Təl-Əviv, İsrail) - "Xəzər-Lənkəran" (Azərbaycan) - 3:1
Konate, 22, Atar, 39, İsrailyeviç, 44 - Mureşan, 45+1

"Qlentoran" (Şimali İrlandiya) - "Vorskla" (Ukrayna) - 0:2
Bezus, 29, Yanuzi, 38

"Metallurq" (Gürcüstan) - "İrtış" (Qazaxıstan) - 1:1
Kvaxadze, 73 - Daskalov, 79

"Suduva" (Litva) - "Elfsborq" (İsveç) - 1:1
Benyuşis, 88 - Kin, 78

"Metallurq" (Makedoniya) - "Lokomotiv" (Sofiya, Bolqarıstan) - 0:0

"Sen-Culia" (Andorra) - "Bney-Yehuda" (İsrail) - 0:2
Balili, 6, Marinkoviç, 56

"Jelezniçar" (Bosniya və Herseqovina) - "Şerif" (Moldova) - 1:0
Beşliya, 60

"Kuopio" (Finlandiya) - "Qaz-Metan" (Rumıniya) - 1:0
Venyalaynen, 16

"Minsk" (Belarus) - "Qaziantepspor" (Türkiyə) - 1:1
Razin, 22 - Saçivko, 51-öz qapısına

"İskra-Stal" (Moldova)- "Varajdin" (Xorvatiya) - 1:1
Ponomar, 17 - Tkalçiç, 12

"Tauras" (Litva) - "Den Haaq" (Hollandiya) - 2:3
Yerkoviç, 56-pen, R. Zeedorf, 73 - İmmers, 71, 82-pen, Siryaviçyus, 90+4-öz qapısına

"Yuvenes-Doqana" (San-Marino) - "Rabotniçki" (Makedoniya) - 0:1
Petkovski, 86

"Erebru" (İsveç) - "Sarayevo" (Bosniya və Herseqovina) - 0:0

"Kruzeyders" (Şimali İrlandiya) - "Fulhem" (İngiltərə) - 1:3
Adamson, 54 - Briqqs, 39, Zamora, 74, Mörfi, 77-pen

"Lanelli" (Uels) - "Dinamo" (Tiflis, Gürcüstan) - 2:1
Follouz, 8, 51 - Odikadze, 81-pen

"Floriana" (Malta) - AEK (Kipr) - 0:8
Mrdakoviç, 4, Pavlu, 12, Qonsalo Qarsiya, 24, 42, 53, Linssen, 36, Qomes, 74, Mitidis, 84

"Şaxtyor" (Belarus) - "Ventspils" (Latviya) - 0:1
Kosmaçev, 89

"Flyamurtari" (Malta) - "Yablonets" (Çexiya) 0:2
Lafata, 70, 76

"Reykyavik" (İslandiya) – “Jilina” (Slovakiya) - 3:0
B. Qudyonsson, 25, Arnarson, 51, Finnboqason, 55-pen

"Volerenqa" (Norveç) - "Mika" (Ermənistan) - 1:0
Berre, 68

"Olimpiya" (Sloveniya) - "Bohemians" (İrlandiya) - 2:0
Vrşiç, 45+2-pen, 76

"Domjale" (Sloveniya) – “Split" (Xorvatiya) - 1:2
Pekiç, 47-pen - Çop, 41; Vitaiç, 76

"Differdanj" (Lüksemburq) - "Levadiya" (Estoniya) - 0:0

"Tirana" (Albaniya) - "Spartak" (Slovakiya) - 0:0

"Ferensvaroş" (Macarıstan) - "Olesunn" (Norveç) - 2:1
Olax, 38; Abdi, 56 - Okoronkvo, 27

"Metallurq" (Latviya) - "Zalsburq" (Avstriya) - 1:4
Kalns, 61 - Alan, 22, 44, 45+1, Siommer, 89

"Rad" (Serbiya) - "Olimpiakos" (Volos, Yunanıstan) - 0:1
Martin, 87

TNS (Uels) - "Mityulland" (Danimarka) - 1:3
Evans, 59 - Hassan, 65, D. Olsen, 86-pen, Albek, 90+3

"Keçkemet" (Macarıstan) - "Aktobe" (Qazaxıstan) - 1:1
Radanoviç, 23 - Mane, 59

"Haken" (İsveç) - "Honka" (Finlandiya) - 1:0
Ranegi, 36-pen

"Anortosis" (Kipr) - "Qaqra" (Gürcüstan) - 3:0
Vuçiçeviç, 8, Rezek, 35, 71

"Vaduts" (Lixtenşteyn) - "Voyvodina" (Serbiya) 0:2
Umaru, 60, İliç, 70

"Rudar Plevlya" (Çernoqoriya) - "Austriya" (Avstriya) - 0:3
Barazite, 35, 63, Yun, 75

"Şlensk" (Polşa) - "Dandi Yunayted" (Şotlandiya) - 1:0
Voskamp, 75

"Şaxtyor" (Qazaxıstan) - "Sent-Patriks" (İrlandiya) - 2:1
Vasilyeviç, 52, 86 - D. Makmillan, 79

"Hafnarfyordur" (İslandiya) - "Nasional" (Portuqaliya) - 1:1
Qolı: Bğərnason, 67 - Gdqar Koşta, 45+1

"Pakş" (Macarıstan) - "Tromse" (Norveç) - 1:1
Voyer, 57 - Andersen, 26

TPS (Finləndiya) - "Vesterlo" (Belçika) - 0:1
Kabek, 90+3

"Vlajniya" (Albaniya) - "Tun" (İsveçrə) - 0:0

Qeyd edək ki, cavab oyunları iyulun 21-də keçiriləcək.