“Xəzər Lənkəran” gecə saatlarında Bakıda olacaq
15.07.2011 - 12:30
Azərbaycanı Avroliqada təmsil edən “Xəəzr Lənkəran” klubu bu gün vətənə dönür. Apasport.az saytının məlumatına görə, dünən turnirin II təsnifat mərhələsində Təl-Əviv “Makkabi” ilə görüşən Lənkəran təmsilçisi 2 saat ləngimə ilə geri qayıdır. İsrail paytaxtında qaldığı “Kontinentel” otelini artıq tərk edən komandamızın üzvləri hava limanına yollanıb. “Xəzər Lənkəran” yerli vaxtla saat 15:20-da (Bakı vaxtilə saat 17:20-də) İsraili tərk edəcək. Lənkənarlıların yer alacağı təyyarə Təl-Əviv-İstanbul-Bakı hava reysi ilə iyulun 16-da saat 00:30-da paytaxtımızda olacaq.
Qeyd edək ki, cənub təmsilçisi 1:3 hesabı ilə uduzduğu “Maklkabi” ilə cavab oyununu iyulun 21-də Lənkəranda keçirəcək.
Qeyd edək ki, cənub təmsilçisi 1:3 hesabı ilə uduzduğu “Maklkabi” ilə cavab oyununu iyulun 21-də Lənkəranda keçirəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0