“Sponsorumuz qarşımızda çempion olmaq və ya kuboku qazanmaq vəzifəsi qoyub”
15.07.2011 - 17:02
“Klub rəhbərliyi qərar verdikdən sonra futbolçular ona hörmətlə yanaşmalıdır. Biz əlavə nə isə deyə bilmərik”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib. Avroliqada mübarizəni I mərhələdə dayandıran “təyyarəçilər” bu gün yeni baş məşqçisi Elxan Abdullayevin rəhbərliyi altında ilk məşqinə çıxıb.
Şüvəlan qəsəbəsindəki AZAL stadionunda baş tutan çalışma həm də Abdullayevin yeni komandası ilə tanışlıq xarakteri daşıyırdı. Yeni məşqçinin perspektivli mütəxəssis olduğunu qeyd edən Aqil komandada onun rəhbərliyi altında yaxşılığa doğru dəyişikliyin olacağını düşünür: “Perspektivli məşqçidir. Bir neçə dəfə müxtəlif klubların baş məşqçisi kimi çalışıb. Köməkçi məşqçi kimi də işləyib. İnşallah, komandada onun rəhbərliyi altında müsbətə doğru dəyişiklik olacaq”.
Hər bir məşqçinin öz taktikasının olduğunu da deyən Nəbiyev gələcəkdə komandada hansısa dəyişikliyin olacağını istisna etmir: “Baş məşqçi bu gün ilk məşqinə çıxardı. Bir məşqlə heç nə demək olmaz. Sabah Türkiyəyə gedirik. 14 gün orda qalacağıq. Təbii ki, hər bir mütəxəssisin öz taktiki gedişləri olur”.
Hazırda komandada müəyyən qədər psixoloji “sınma”nın olduğunu bildirən kapitan bunu unudub irəli baxmağın zamanının yetişdiyini deyib: “Komanda psixoloji cəhətdən “sınıb”. Mərhələ adlamaq istəyirdik, ancaq alınmadı. Futbolda 3 nəticə olur. Bu dəfə uduzan tərəf biz olduq. Qismət belə imiş. Bunu unudub, yeni mövsümə hazırlaşmalıyıq. Çünki bizi qarşıda ağır çempionat gözləyir. Klubun sponsorları komandanın qarşısına ölkə kuboku qazanmaq və ya çempion olmaq tapşırığını qoyub”.

0
0