“Neftçi” Zaqrebdəki acınacaqlı məğlubiyyətə görə üzr istədi
15.07.2011 - 13:56
Çempionlar Liqasının II təsnifat mərhələsinə Zaqreb “Dinamo”sundan aldığı böyük hesablı məğlubiyyətlə başlayan “Neftçi” klubu azarkeşlərə və futbol ictimaiyyətinə müraciət qəbul edib. Apasport.az-ın məlumatına görə, paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə yayılan bəyanatında oyuna yaxşı hazırlaşmasına rəqmən acınacaqlı məğlubiyyət aldığı üçün hamıdan üzr istəyib: Xorvatiya çempionu "Dinamo" ilə iyulun 13-də keçirilən səfər oyununda acınacaqlı hesabla məğlub oldu. Buna görə də məşqçilər korpusu və futbolçular adından futbol ictimaiyyəti, kütləvi informasiya vasitələri, eləcə də azarkeşlərə üzrxahlıq edərək, bildiririk ki, iyulun 19-da baş tutacaq cavab oyununda məğlubiyyətin əvəzini layiqincə çıxmağa çalışacağıq. Sizlərdən "Neftçi"yə bu yolda yardımçı olmağı, sevimli və doğma komandanızı sonadək dəstəkləməyinizi xahiş edirik.
"Neftçi" olaraq iyulun 19-da "Dinamo" ilə keçiriləcək cavab oyununda komandamızın gözəl oyun göstərərək, məğlubiyyətin əvəzini layiqincə çıxacağına inandığımızı bildiririk.
Qeyd edək ki, Azərbaycan çempionu özünün son 3 oyununda 2-ci dəfə böyük hesabla məğlub olmaqla azarkeşlərini məyus edib.

0
0