“Neftçi” “Dinamo” ilə cavab oyununa akkreditasiyaya başladı
15.07.2011 - 14:01
“Neftçi” “Dinamo” ilə cavab oyununa akkreditasiyaya başladı
"Neftçi" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu üçün akkreditasiyaya başlayır. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri bu gündən etibarən akkreditasiya ilə bağlı müraciət edə bilərlər. Bu, hər gün saat 11:00-dan 18:00-dək klubun bazasında həyata keçiriləcək.

Əlaqə telefonları: (012) 424 46 40; (055) 713 03 79
E-mail: [email protected]