“Dinamo”nun 2 futbolçusu Bakıya gəlməyəcək
15.07.2011 - 15:31
Çempionlar liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiya “Dinamo”su 2 futbolçusunun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, Aryen ademi və Andrey Kramariç Bakıdakı cavab oyununa gəlməyəcək. Buna səbəb onların Xorvatiya yığmasının heyətində gənclər arasında dünya çempionatına yollanmasıdır. U-20-lər arasında Kolumbiyada keçiriləcək mundialın iştirakçılarından olan ademi Zaqrebdəki darmadağında “Neftçi”ni ehtiyat oyunçular skamyasından izləmişdi. Həmin matçda Andrey heç 18-likdə də yer almamışdı. Cavab oyununu isə futbolçular televiziya ilə izləmək arzusundadırlar.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0