“Bugünkü püşkü dəyərləndirmək məsuliyyətsizlik olardı”
15.07.2011 - 15:59
“Bu gün İsveçrənin Nyon şəhərində keçirilən Çempionlar liqasının III təsnifat mərhələsinin püşkatmasına münasibət bildirmək məsuliyyətsizlik olardı. Axı “Neftçi” ilə hələ cavab oyunumuz qalır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya çempionu “Dinamo”nun idman direktoru Zoran Mamiç deyib.
Klub rəsmisi bu gün baş tutan püşkatmaya münasibət bildirməyi lazım bilməyib: “Neftçi” ilə ilk oyunumuz uğurla başa çatdı. Lakin Azərbaycan çempionuna hörmətlə yanaşmalıyıq. Futbol gözlənilməzdir. Bu üzdən qabağa qaçmaq lazım deyil. Düzdür, hər 2 komanda haqda məlumat toplamağa başlayacağıq. Amma nə isə danışmazdan əvvəl Azərbaycan çempionunu keçməliyik”.
Qeyd edək ki, ilk oyunda “Neftçi”ni 3:0 hesabı ilə məğlub edən “Dinamo” mərhələni keçəcəyi halda HİK (Finlandiya) – “Banqor Siti” (Uels) cütünün qalibi ilə görüşəcək.

0
0