“Neftçi” azarkeşləri ona dəstək olmağa çağırır
15.07.2011 - 17:49
"Neftçi"nin iyulun 19-da UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə cavab oyununa bilet satışı davam edir. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə biletlərin qiyməti bütün sektorlar üçün 1, VİP C və VİP D üçün isə 10 manatdır.
Biletləri Respublika stadionunun qarşısından, eləcə də "Dalğa Arena", "Park Bulvar"ın 1-ci mərtəbəsi, "Accesbank"ın Mərdəkandakı filialı, "Park Şüvəlan" və "Khazar Golden Beach"dən almaq mümkündür. “Neftçi” bütün azarkeşləri stadiona, ona dəstək olmağa çağırır. Oyun saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Neftçi” Zaqrebdə 0:3 hesabı ilə uduzub.

0
0