“Bakı” AEK-lə görüşəcək
16.07.2011 - 10:25
Hazırlıqların ev hissəsini ikitərəfli oyunla tamamlayan "Bakı" iyulun 17-də ikinci təlim-məşq toplantısının məskəni Sloveniyaya yollanır. Apasport.az saytının məlumatına görə, komanda 12 gün ərzində məşq etməklə bərabər 4 yoldaşlıq görüşü keçirəcək. Artıq rəqiblərin adları da bəllidir.
İyulun 20-də ilk rəqib Sloveniya birinci liqa təmsilçisi "NK Radomlje" klubu olacaq. Ertəsi gün Aleksandr Starkovun yetirmələri Türkiyə superliqasını 9-cu pillədə başa vuran "Kardemir Karabükspor"la qarşı-qarşıya gələcək.
İyulun 24-də Yunanıstan üçüncüsü AEK (Afina) ilə yoldaşlıq oyunu baş tutacaq. Bakılılar 4-cü və son qarşılaşması ayın 27 və ya 28-də təsadüf edəcək. Həmin gün rəqib İtaliya, Xorvatiya və ya Sloveniya klublarından birinin olması planlaşdırılır.
Mənbə: fcbaku.com

- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0