Yığmamızın sabiq futbolçusu qalmaqala səbəb oldu
16.07.2011 - 10:56
Azərbaycan milli komandasının sabiq futbolçusu Yuri Muzika karyerasında növbəti qolunu vurub. Apasport.az saytının məlumatına görə, Kalininqrad vilayətinin çempionatında çıxış edən milliləşən rusiyalı “Neman” – “Prinsip” oyununda fərqlənib. Futbolçumuz medallar uğrunda mübarizə aparan komandaların qarşılaşmasında sonuncu qolun müəllifi olub ki, bununla da matç 2:2 hesabı ilə başa çatıb. Lakin Muzikanın “Prinsip”ə xal qazandıran qolu vurması qalmaqalla müşayiət olunub. Narazı azarkeşlər matçdan sonra meydana axışaraq qarşılaşmanın hakiminə hücum çəkiblər. Fanatlar referiyə hədə-qorxu gələrək döyəcəklərini bildiriblər.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0