“Neftçi” – “Dinamo” qarşılaşmasındakı estoniyalılar adları müəyyənləşdi
16.07.2011 - 12:23
“Neftçi” – “Dinamo” qarşılaşmasındakı estoniyalılar adları müəyyənləşdi
"Neftçi"nin cavab görüşünün bütün hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin Çempionlar Liqasında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə keçirəcəyi II təsnifat mərhələsinin cavab oyununa köməkçi hakimlərin də təyinatı baş tutub. Estoniyalı baş hakim Hannes Kaasikə həmyerliləri - Marko Livand və Yaanus Mutli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rumer Tarayev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 19-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Dinamo" oyunu saat 21:00-da başlanacaq.

Mənbə: neftchifc.com