“Mən “Streymur”la qarşılaşmaq istəyirəm”
16.07.2011 - 12:10
“Mən “Streymur”la qarşılaşmaq istəyirəm”
“Qarabağ” və ya “Streymur”? Azərbaycan və ya Farer adaları? Elə bu da yaxşıdır. Başqa nə deyə bilərəm ki? İndi əsas odur ki, “kəşfiyyatçılarımız” bu komandaların oyununa gedib, necə lazımdırsa təhlil etsinlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Brügge” klubunun baş məşqçisi Adri Koster deyib.

Hollandiya milli komandasının sabiq futbolçusu, vaxtilə “Ayaks”ın baş məşqçisi olan çalışdırıcı Avroliqanın III təsnifat mərhələsinin püşkünü dəyərləndirib: “Şəxsən mən “Streymur”la qarşılaşmaq istəyərdim. Həm adalara səyahət daha ucuz və asandır, həm də neft ölkəsi olan Azərbaycan təmsilçisinin yaxşı oyunçuları var. Onların “Rusenborq” və “Visla” üzərindəki qazamılan əvvəlki qələbələrini də nəzərdən qaçırmamalıyıq”.

Qeyd edək ki, “Brügge”nin rəqibi ilk matçda 1:1 hesablı heç-heçə ilə ayrılan “Qarabağ”la “Streymur” arasında iyulun 21-də Bakıda keçiriləcək cavab matçında müəyyənləşəcək.