Azarkeşlər gecə də “Qarabağ”ı tək qoymadı
16.07.2011 - 11:48
Avrokubokların cari mövsümündə uğurla çıxış edən yeganə Azərbaycan klubu “Qarabağ” artıq vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, iyulun 14-ü Farer adalarında “Streymur”la qarşılaşan təmsilçimiz bu səhər Azərbaycana dönüb. Səhər saat 5 olmasına baxmayaraq sadiq azarkeşlər yenə də komandanı tək buraxmayıblar. Hava limanına gələrək futbolçuları dəstəkləyən azarkeşlər komandaya inandıqlarını bir daha göstəriblər.
Səhər saatlarında vətənə varid olmalarına baxmayaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya istirahət verməyib. Bu gün saat 17:00-da yığışacaq komanda ağdamlılar məşqə yollanacaq.
Mənbə: qarabagh.com

0
0