Berti Foqts üçün təhlillər
19.07.2011 - 10:10
Berti Foqts üçün təhlillər
Azərbaycan millisinin məşqçisi Faiq Əzizov “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə cavab oyununu Tofiq Bəhramov adına Respublika stadionundan izləyəcək. Apasport.az saytının məlumatına görə, yığmada baş məşqçi Berti Foqtsun köməkçisi saat 21:00-da başlayacaq görüşü canlı izləməklə, millimizin üzvləri haqda müəyyən təhlillər aparacaq və qeydlərini almaniyalı çalışdırıcıya deyəcək. Yığmamızın məşqçilər korpusunda yerli çalışdırıcılardan olan Əzizov qapıçılarla işləyir.

Qeyd edək ki, Foqts “Neftçi”nin Zaqrebdəki görüşünü canlı izləyib. Klublarımızın avrokuboklarda Bakıdakı oyunlarını onun digər azərbaycanlı köməkçisi Vəli Qasımov izləsə də, o, baş məşqçisi olduğu 19 yaşlılardan ibarət yığmamızla hazırda Avstriyada təlim-məşq toplanışındadır.