Milli komandamıza Özbəkistandan futbolçu çağırıldı
28.07.2011 - 16:03
Milli komandamıza Özbəkistandan futbolçu çağırıldı
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert avqustun 1-dən 3-dək Bakıda keçirəcəyi təlim-məşq toplanışına 22 futbolçu çağırıb.

Bunlar Səlahət Ağayev (“İnter”), Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov, Elgiz Kərimli (hamısı “Qarabağ”), Emil Balayev, Eşqin Quliyev, Emin Mustafayev, Kamil Nurəhmədov, Orxan Həsənov (hamısı “Sumqayıt Şəhər”), Tərlan Quliyev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Ruslan Qurbanov, Emin Mehtiyev (hamısı “Neftçi”), Araz Abdullayev (“Everton”, İngiltərə), Novruz Məmmədov (“Bakı”), Sergey Çernışev (“Rəvan”), Bədavi Hüseynov (“Anji”, Rusiya), Zahid Quliyev (klubsuz), Mixail Zaytsev (“Anji”, Rusiya) və Vüsal Məhərrəmovdur (“Yanqiyer”, Özbəkistan).

Əsas millimizin baş məşqçisi Berti Foqtsun bir vaxtlar çağırdığı Mixail Zaytsev bu dəfə U-21-in hazırlığına qatılacaq. Onunla “Anji”də komanda yoldaşı olan Bədavi Hüseynovla Özbəkistanda oynayan Vüsal Məhərrəmovun adı yeni futbolçular kimi diqqət çəkir.