“Rəvan” Sloveniyadan qələbə ilə qayıdır
28.07.2011 - 17:13
“Rəvan” Sloveniyadan qələbə ilə qayıdır
Azərbaycan Premyer Liqasının debütantı olan “Rəvan” klubu Sloveniyadakı təlim-məşq toplanışı başa vurub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi son yoxlama oyununda Serbiyanın “Rad” klubuna 2:0 hesabı ilə qalib gəlib.

“Rəvan” hələ ilk hissədə vurduğu qollarla oyunun taleyini həll edib. Belə ki, yeni transfer olan yarımmüdafiəçi Ramazan Abbasov ilk hissənin ortasında hesabı açıb, fasiləyə az qalmış isə isveçli hücumçu Con Pelu komandasının üstünlüyünü artırıb. Bəhmən Həsənovun yetirmələri bu gün vətənə dönür.

Qeyd edək ki, “Rəvan” Premyer Liqada debüt oyununu avqustun 6-da ilk turda Gəncədə “Kəpəz”lə keçirəcək.