“Qarabağ” o qədər güclüdür ki, 3 top fərqini Bakıda aradan qaldıra bilər”
29.07.2011 - 09:41
“Qarabağ” o qədər güclüdür ki, 3 top fərqini Bakıda aradan qaldıra bilər”
“Qolu vuranda yerə enməmiş topa toxundum. Elə gözəl alındı ki, biz məşqlərdə belə qol vururuq. Lazım olan anda, lazım olan yerdə idim. Topu harada gözləyəcəyimi bilirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Brügge” klubunun futbolçusu Rayan Donk deyib.

O, Avroliqanın III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundakı 4:1 hesablı qələbədən danışıb: “Qarabağ”ın qolu isə bizi şoka saldı. Düşünürdük ki, artıq bədbəxtçilik başlayır. Bizi bu haqda məlumatlandırmışdılar ki, rəqib müqavimət göstərə bilər. “Qarabağ”ın bir neçə sürətli futbolçusu var ki, onlar bizə bunu sübut etdilər. Rəqibimiz psixoloji cəhətdən o qədər güclüdür ki, 3 top fərqini Bakıda aradan qaldıra bilər. Lakin biz rəqibdən çox güclü idik. Biz son dəqiqələrədək bunu göstərdik”.