Byorn Vleminks: 3-cü qola görə bacıma minnətdaram
29.07.2011 - 10:12
“Qarabağ”la oynamaq çox çətin idi. Onlar heç nə etmir, müdafiə olunmaqla, əks-hücumda qol vurmaq üçün imkan gözləyirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Brügge” klubunun futbolçusu Byorn Vleminks deyib.
Avroliqanın III təsnifat mərhələsinin “Qarabağ”la oyununda ilk qolun müəllifi olan futbolçu yeni komandasındakı debütündən məmnun qalıb: “Bu da müəyyən qədər bəhrəsini verdi. Lakin biz sonadək təzyiq edib, sonda istəyimizə çatdıq. Yalnız bir şey pis oldu ki, qol buraxdıq. Amma prinsipcə, 4:1 hesabı mərhələ keçməyə kifayətdir”.
Təmsilçimizin qapısına vurulan 3-cü qolda aut atışı ilə ötürmə edən Vleminks belə məhsuldar ötürmədə bacısının əməyini vurğulayıb: “Bilirsiniz, mənim bacım voleybolçudur. Mən onunla həyətimizin bağçasında tez-tez voleybol oynayırıq. Belə aut atmağa görə də ona borcluyam. “Qarabağ”a vurduğumuz qolda da bunun bəhrəsini gördüm”.

0
0