İsiini şoka salan Hacıyev və ya futbolçu xəfiyyənin məzarı önündə
29.07.2011 - 23:01
…Az qala hər şeyin uzaqdan komandalı pultarlarla idarə olunduğu, duyğuların korşaldığı, müxtəlif münasibətlərdə kosmopolit yanaşmanın hakim kəsildiyi, insanların monitorlar vasitəsilə aşiq olub, klaviatura taqqıltısının müşayiəti ilə bir-birinə məhəbbətlərini (?!) izhar etdiyi və bəzən ürəkparçalayan hadisələrə də əksəriyyətin hiss-həyəcansız yanaşdığı bir dövrdə bu əhvalatın kimlər üçün nə dərəcədə maraqlı olacağını bilmirəm. Amma bu əhvalatda dünyanın ən məşhur kəşfiyyatçılarından biri ilə Azərbaycan futbolu arasında bağlılığının olması o qədər də maraqsız görünməməlidir məncə. Hətta rəngarəng dünyanın get-gedə bozaran fonunda belə…
Yaponiya millisi güclü deyilmiş
Nə az, nə çox – düz 44 il əvvəl baş verib bu hadisə (daha doğrusu, görüş). Uzaq Yaponiyada. Bizim qalaktikanın ən böyük ulduzunu hamıdan tez görmək istəyilə bütün bəşəriyyət əllərini qaşının üstünə günlük düzəldib, gözlərini qıyaraq üfüqə diqqətlə baxmaq fikrinə düşsə belə, min illərdir Günəşin israrla hər yerdən əvvəl salamladığı bu ölkədə 1967-ci ildə SSRİ-nin futbol üzrə Olimpiya yığması səfərdə olub. Bundan təxminən bir il əvvəl – 1966-cı ildə Yaponiyadan xeyli uzaqdakı Bakı şəhərini təmsil edən «Neftçi»nin SSRİ çempionatında ilk və son dəfə «bürüncə bürünməsi»ndə əsas pay sahiblərindən biri – Valeri Hacıyev də bu komandanın (SSRİ Olimpiya yığmasının) heyətində «Gündoğar ölkə»yə səfər edibmiş. Bu əhvalatı da onun dilindən eşitdim…
«O vaxt Yaponiya yığması indiki qədər güclü deyildi. Bu ölkənin, demək olar ki, bütün böyük şəhərlərində Yaponiyanın əsas millisi ilə yoldaşlıq oyunu keçirirdik. Və hər qarşılaşmada, yalan olmasın, 4-5 top üstünlüyü ilə qalib gəlirdik».
Bunları Valeri Hacıyev mənə telefonda dedi. Bu sətirləri yazmaq fikrinə düşdüyüm üçün bir-iki kiçik faktı dəqiqləşdirmək məqsədilə ona zəng vuranda.
Aramızda kəşfiyyatçı xanımı var
Hə, deməli, SSRİ-nin Olimpiya yığması Yaponiyada özünü üzlü qonaq kimi aparırmış (SSRİ dünyanın harasında və hansı sahədə təvazökarlığı ilə ürəkləri fəth eləmişdi ki?!). Olimpiya yığması Yaponiya turnesini davam etdirdiyi günlərin birində komandanı SSRİ-nin bu ölkədəki səfirliyinə dəvət edirlər. Böyük Oktyabr Sosialist İnqilabının 50 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi tədbirə (sözsüz ki, bu rəsmiyyətin bədii hissəsi də nəzərdə tutulubmuş).
«Tədbir başlayanda elan etdilər ki, mərhum kəşfiyyatçı, dünyanın ən məşhur xəfiyyələrindən biri Rixard Zorgenin həyat yoldaşı da dəvət olunanlar arasındadır. Zorgenin Bakıda doğulduğunu bilirdim və təbii ki, onun xanımı ilə ünsiyyətdə olmaq fürsətini əldən vermək istəmirdim».
Bunları Valeri Hacıyev telefon danışığımızdan əvvəl, AFFA-nın inzibati binasında bu əhvalatı nağıl edərkən dedi.
Vəsilə – qara royal
Veteran futbolçu danışır ki, tədbirin keçirildiyi zalda qara bir royal, onun üzərində isə o dövr üçün ən yaxşı hesab olunan maqnitafon modellərindən biri qoyulubmuş. Hacıyev keçir royalın arxasına və məşhur rus romanslarını ifa etməyə başlayır (Təəccübləndinizmi? Dəfələrlə ünsiyyətdə olmağımıza baxmayaraq, Valeri Hacıyevin hansısa musiqi alətini dilləndirə bildiyindən mən də bixəbər idim). Həzin musiqinin cazibəsi çox çəkmir ki, tədbirdəkilərin hamısını royalın ətrafına yığır. Özü də səssiz yox. Çalınan romansların sözlərini bilənlər zümzüməyə başlayırlar. Amma royalı ram etməyi ilə bir anda diqqət mərkəzinə düşən Valerinin nəzərini ifa olunan bütün romansların sözlərini daha yaxşı bilən və bildiyi qədər də gözəl oxuyan, üzünün cizgilərinə əsasən yapon olduğu şübhə doğurmayan qadın cəlb edir. Fikirlərində aranı dağa, dağı arana aparmağa da ehtiyac olmur. Həmyerlimiz öyrənir ki, bakılı xəfiyyənin yaponiyalı xanımı məhz həmin qadındır…
Bəli, mövcud olduğu illər ərzində çatana çatan, çatmadığına ən azı bir etnik münaqişə «peşkəş verməyi» bacaran imperiyanın «Gündoğar ölkə»dəki səfirliyində qoyulmuş qara royalın şirmayı dillərindən yüksələn həzin musiqi XIX əsrin sonuna 5 il qalmış Bakıda dünyaya göz açan məşhur mərhum kəşfiyyatçının xanımı ilə «Küləklər şəhəri»ndən gəlmiş 26 yaşlı futbolçunun tanışlığına və bu ünsiyyətin ən azı bir ürəkdə (bəlkə də hər ikisində) 44 il ərzində parlaq xatirə kimi yaşamağına vəsilə olur…
Bakılı balasıyam
Royal susandan sonra üzərində romansların sığalıyla xumarlanan maqnitafonun yuxusuna haram qatırlar. Rəqslər, şən zarafatlar və bəlkə də uzun müddət unudulmayacaq yeni tanışlıqlar. Valeri royalın ətrafında tanış olduğu yapon xanımla rəqs edir. Romansları oxumasından hamımıza bəlli olduğu kimi, o, rus dilində kifayət qədər yaxşı danışır. Futbolçu bu qadının vaxtilə kimin xanımı olduğunu bilir. O isə, Valerinin yalnız SSRİ-dən gəldiyi barədə məlumatlıdır…
«Bakıdan olduğumu, Rixard Zorge ilə eyni şəhərdə, hətta eyni qəsəbədə - Sabunçuda doğulduğumu deyəndə, sözün əsl mənasında şoka düşdü. Rəqs edirdik və qollarımın arasında bir neçə saniyə donub qaldı».
Bu sözləri Valeri Hacıyev sanki o günləri növbəti dəfə yaşayaraq, sözlərini ürəyinin dərinliyində uzun illər saxladığı bu xatirənin işığına bələyərək deyir…
Ağlamayan gözlərin nəmlənən kirpikləri
«Eşitmişdim ki, Zorgenin qəbirüstü abidəsini xanımı düzəltdirib. Xahiş etdim ki, məni həmyerlimin məzarını ziyarət etməyə aparsın. Səhəri gün, məşqdən əvvəl öz avtomobili ilə gəldi və birgə qəbiristanlığa yollanaraq Rixard Zorgenin qəbrinin üzərinə gül dəstələri qoyduq».
Kim bilir, o qadın Valeri Hacıyevin Rixard Zorge ilə eyni şəhərdən olduğunu biləndə hansı hissləri keçirib?! Bunu eşidəndən sonra heyrətləndiyi bir neçə saniyə ərzində həyatda heç vaxt bir-birini görməyən, tamamilə ayrı-ayrı peşələrin sahibi olan bu həmyerlilər arasında hansısa oxşarlıqlar tapmağamı çalışıb, çox sevdiyi (bu barədə bir az sonra) bir adamın edamından keçən 23 ildən sonra onunla eyni şəhərin havasını udan birini gördüyünəmi sevinib, yoxsa hərdən-hərdən sızıldayan yarasının qaysağımı qopub?! Valeri Hacıyevin yaddaşına inansaq (əksini iddia etməyə nə haqqımız var?!), sonuncu ehtimal həqiqətə daha yaxındır. Çünki dolub yapon xanımın gözləri. Ağlamasa da (bəlkə də bundan ötrü həsrət ağrısına müqavimət göstərmək üçün sərf etdiyi bütün gücünü səfərbər edib), eşitdiyi xəbərin şokundan ayılanda bakılı oğlana baxan gözlərin kiprikləri nəmlənibmiş…
Əzizlənən fotonun bıçaqlanması
SSRİ-nin Yaponiyadakı səfirliyində təşkil olunan tədbirdə iştirak edən yerli fotomüxbirlər Valeri Hacıyevlə Rixard Zorgenin xanımının birgə şəklini də çəkibmişlər. Futbolçu o fotonu böyütdürüb evində əzizləyirmiş. Amma günlərin bir günü həmin şəkil Valeri Hacıyevin indi haqq dünyasında olan həyat yoldaşının qısqanclıqdan doğan qəzəbinə tuş gəlir. Bıçağı götürüb fotonu tikə-tikə doğrayır. Özü də bu qısqanclığa rəvac verən şəklin özü yox, Valerinin oxuduğu «Tri vozrasta Okini-san» (müəllif: Valentin Pikul) romanı olub. Roman gənc bir matrosun yapon qıza saf məhəbbətindən bəhs edir…
Haşiyə: Mənim üçün bu əhvalatın maraqlı olmasından əlavə, diqqətimi Azərbaycan futbolunun (daha doğrusu, futbolçusunun) bugünkü vəziyyəti ilə bağlı bir məqam da cəlb etdi. Diqqət yetirin, sovet futbol məktəbinin yetirməsi olan Valeri Hacıyev hələ gənclik illərində musiqi alətində çalmağı bacarır, eyni zamanda, mütaliəyə vaxt tapırmış (bəzən bu, ona baha başa gəlsə də). Üstəlik, V.Hacıyev nəinki Rixard Zorge adlı bir kəşfiyyatçı barədə məlumatlı olub, hətta onun Bakıda doğulduğunu, Yaponiyada edam olunduğunu, qəbirüstü abidəsinin yaponiyalı xanımı tərəfindən inşa etdirildiyini də bilirmiş. İnternetin olmadığı, televiziyanın indiki qədər inkşiaf etmədiyi bir dövrdə bu məlumatları əldə etməyin bircə yolu vardı: mütaliə!
Hər zaman bu faktın xüsusi qabardılmasına çalışmışam: kim nə deyir-desin, bu gün Azərbaycan futbolunun ən böyük problemlərindən biri əksər futbolçularımızın (həm də təkcə onların yox) intellekt səviyyəsinin aşağı olması, bəzən isə heç olmamasıdır.
Şəhadətnaməsiz məhəbbət
İstər AFFA-dakı ayaqüstü söhbətimiz, istərsə də telefon danışığımız zamanı Valeri Hacıyev dəfələrlə Zorgenin yapon xanımının adını unutduğunu, amma evdə hansısa bloknota yazdığını və mənə mütləq deyəcəyini təkrarladı. Veteran futbolçumuzu artıq əziyyətə salmamaq üçün hər gün müxətlif suallarla müraciət etdiyimiz ünvana – internetə üz tutdum. Öyrəndiyim məlumatlar da, mən bilən, maraqlı oldu:
Rixard Zorgenin iki rəsmi nikahı olub. Birinci arvadı Kristina Qerlax Rixardı ataraq 1926-cı ildə SSRİ-dən Almaniyaya gedib. İkinci həyat yoldaşı Yekaterina Maksimova isə 1940-cı ildə həbs edilərək Krasnoyarsk vilayətinə sürgün olunub və 1943-cü ildə orada vəfat edib. Valeri Hacıyevin Yaponiyada tanış olduğu qadın isə Zorgenin, müasir dillə desək, vətəndaş nikahında yaşadığı Xanako İsii olub. O qadın ki, ümumi qəbirdə dəfn edilmiş Rixardın yandırılmış cəsədini külün içindəki qızıl dişdən tanıyıb. Həmin qızıl parçasından ömrünün sonuna qədər barmağında gəzdirdiyi nişan üzüyü düzəltdirən Xanako Zorgenin ayrıca məzarda uyuması üçün mübarizə apararaq buna nail olub və dünyasını dəyişənəcən – 2000-ci ilədək tez-tez onun qəbrini ziyarət edib. Və göstərib ki, bakılı kəşfiyyatçıya olan məhəbbəti onun edamından ötən 56 il ərzində də ölməyib. Nikah haqqında şəhadətnaməsi olmasa belə…
P.S. Avqustun 9-da «Bürünc «Neftçi»nin yadigarlarından olan Valeri Hacıyev 70 yaşını qeyd edəcək. Veteran futbolçumuzu təbrik edirik və ümidvarıq ki, hələ uzun illər maraqlı xatirələri ilə yeni-yeni yazılara mövzu verəcək.
Firuz ABDULLA
AFFA-nın İnformasiya və İctimaiyyətlə
Əlaqələr Departamentinin baş mütəxəssisi
apasport.az üçün

0
0