“Mayns”ın futbolçusu Bakıda oynamaqdan imtina etdi
29.07.2011 - 16:02
“Mayns”ın futbolçusu Bakıda oynamaqdan imtina etdi
Makedoniya yığmasının futbolçusu Nikolçe Noveskinin millimizlə oyuna çağırılmamağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Mayns” klubunun üzvü avqustun 10-da keçiriləcək matçda oynamaq istəməyib.

Millidə 45 oyuna 2 qol vuran Noveski Bakıdakı “Dalğa Arena”da oynamamağı ilə bağlı yığmanın baş məşqçi əvəzi Boban Babunskiyə izah edib. Karyerasını Almaniyada bitirmək niyyətində olan futbolçu Bakıya gəlmək istəməyini Avroliqa və Bundesliqaya hazırlaşan komandası ilə birlikdə olmaq istəyi ilə bağlayıb.

Qeyd edək ki, Babunski futbolçusunun xahişini müsbət dəyərləndirərək onu açıqladığı heyətə daxil etməyib.