Samir Abasov: Bizdə 3 Samir var
29.07.2011 - 16:35
“Komandadan ayrılmamışam. Bir illik müqavilə də imzalamışam. Üstəlik, Avstriyadakı təlim-məşq toplanışında da komanda ilə birgə olmuşam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun müdafiəçisi Samir Abasov deyib.
Yeni mövsümdən etibarən “Sumqayıt Şəhər”də çıxış edəcək təcrübəli futbolçunun komandadan kənarlaşdırlması barədə söz-söhbət yayılıb. Lakin Samir bunun əsassız olduğunu qeyd edib: “Bizdə üç Samir var. Bələ onlardan hansınısa nəzərdə tuturlar?”
Komandasının hazırlığına da toxunan Abasov artıq tam heyətlə məşq etdiklərini bildirib: “İndi-indi komanda tam şəkildə məşq edir. Avstriyada olarkən 1-2 nəfər pasport probleminə görə hazırlığa qatıla bilməmişdi. Daha sonra 5 futbolçumuz U-17-nin heyətində Minskə yollandı. İndi tam heyətlə hazırlıq keçirik. Baxışda olan futbolçular da var”.
Gənclərlə oynamağın problem yaratmayacağını qeyd edən müdafiəçi təcrübəli futbolçuların onlara yardımçı olacağını qeyd edib: “Məqsəd gənclərin təcrübə toplamasıdır. Təcrübəlilərdən mənəm, oynayan məşqçi Aslan Kərimov və Aqil Məmmədovdur. Baxışa olanlar arasında Premyer Liqanın dadını görənlər də var. Onlardan Samir Abdulov, Tural Nərimanovu qeyd edə bilərəm”.

0
0