“Xəzər Lənkəran”dan təkzib: Melkiorre komandada qalacaq
29.07.2011 - 17:17
“Xəzər Lənkəran”dan təkzib: Melkiorre komandada qalacaq
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov fiziki-hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin yenidən “Neftçi”yə qayıtması barədə ölkə mətbuatında yayılan xəbərləri təkzib edib. Apasport.az saytının əməkdaşı ilə söhbətində Nadirov bildirib ki, italiyalı mütəxəssis komandada fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, vaxtilə “Neftçi”də çalışan Melkiorre “ağ-yaşıllar”la iyulda müqavilə bağlayıb.