“Qarabağ”ı dayandır, çempion ol!
29.07.2011 - 17:43
Avroliqanın III təsnifat mərhələsinin “Qarabağ”la oyunu “Brügge”yə olan ümidləri artırıb. Apasport.az saytının məlumatına görə, 4:1 hesablı qələbədən təsirlənən belçikalılar Brügge təmsilçisini ölkə çempionu görür.
Komandanın ağdamlılarla matçda sərgilədiyi oyundan məmnun qalan həmkarlarımız da 7 illik fasilədən sonra bunun mümkün olacağını düşünür. Onlar iddia edir ki, 2004/05 mövsümündən sonra qızıla həsrət qalan “Brügge” 2011/12 mövsümünü zirvədə bitirməlidir.
Maraqlıdır ki, son illər “Qarabağ”ın Avroliqa yürüşünü saxlayanlar çempion olurlar. 2 il əvvəl “Tvente” təmsilçimizi saxlamaqla möhtəşəm mövsümə start verdi və ardından tarixində ilk çempionluğu əldə etdi.
Ötən yay isə mövsümə məhz ağdamlılarla oyunla başlayan Dortmund “Borussiya”sı Bundesliqadakı həsrətə son qoydu. Onlar 9 ildən sonra çempion oldu. İndi də deyəsən “Brügge” möhtəşəm mövsümə “Qarabağ”ın “xeyir-dua”sı ilə başlayır.

0
0