“Qəbələ” uduzdu, “Kəpəz” və “Dila” finala yüksəldi
30.07.2011 - 18:48
“Qəbələ” uduzdu, “Kəpəz” və “Dila” finala yüksəldi
Qəbələdə I “Jalə” Beynəlxalq futbol turniri start götürüb. Apasport.az saytının xəbərinə görə, 4 klubun - “Qəbələ”, “Kəpəz” (Azərbaycan), “Spartak” və “Dila” (Gürcüstan) komandalarının qatıldığı yarış olimpiya sistemi ilə keçirilir.

Bu gün baş tutan ilk yarımfinal oyunlarından sonra finalda oynayacaq komandalar müəyyənləşib. Səhər saatlarında Sxinvali “Spartak”ı ilə qarşılaşan “Kəpəz” 3:2 hesablı qələbə qazanıb.

Az öncə isə turnirin təşkilatçısı olan “Qəbələ” “Dila” ilə görüşdə canını darmadağından güclə qurtarıb.

Əsasnaməyə görə, sabah üçüncü yer uğrunda “Qəbələ” “Spartak”la 3-cü, “Kəpəz” isə “Dila” ilə 1-ci yer uğrunda mübarizə aparacaq.


“Qəbələ” (Qəbələ) – “Dila” (Qori) - 1:3
QOLLAR: Rey Məmmədbəyli, 90 - Gia Todua, 1, 10; David Çaqelişvili, 87

“Kəpəz” (Gəncə) – “Spartak” (Sxinvali) – 3:2
QOLLAR: Fomenko, 5, 90+1; Ceyhun Sultanov, 23 (pen); – Mirzəyev, 8 (avtoqol); Metreveli, 87

Qeyd edək ki, olimpiya sistemi ilə keçirilən turnir “Qəbələ” klubunun təşəbbüsü, “Jalə” şirkətinin sponsorluğu ilə baş tutub.

Əvvəl yarımfinallar, ertəsi isə əvvəl ilk günün məğlubları, sonra isə qalibləri üz-üzə gələcək.