“Qarabağ”a qeyri-ciddi yanaşmaq olmaz”
30.07.2011 - 11:44
Avroliqanın III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" üzərində 4:1 hesablı qələbə qazanan "Brügge"nin idman direktoru Sven Vermant cavab oyununa ehtiyatla yanaşır. Apasport.az saytının məlumatına görə, Vermant Belçika mətbuatına müsahibəsində deyib ki, evdə 4 qolla qələbə qazanmaq hər zaman çox yaxşıdır.
"Komandamız oyun ərzində rəqibi daim təzyiq altında saxladı və Azərbaycana səfər ərəfəsində böyük üstünlük əldə etdi. Ancaq bu o demək deyil ki, məsələni tam həll etmişik, 100 faiz arxayınlaşacağıq" - deyə, klub rəsmisi bildirib.
"Brügge"nin direktoru "Qarabağ"la cavab oyununun asan olmayacağını söyləyib: "Səfərdə çətin oyun olacaq. Rəqibə qeyri-ciddi yanaşmaq olmaz".

- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
0
0