Ramiz Məmmədov iranlıların hədəfində
30.07.2011 - 12:36
Bir ay öncə Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi postundan ayrılan Ramiz Məmmədov yenidən ölkə xaricində çalışa bilər. Bu barədə apasport.az saytına gənc çalışdırıcının özü məlumat verib. Məmmədov bildirib ki, İranın 2 komandası onun xidmətində maraqlıdır.
“Danışıqlar üçün az öncə İrana getmişdim. Yaxın günlərdə əməkdaşlığımızın alınıb-alınmamağı dəqiqləşəcək” – deyə, Məmmədov əlavə edib.
Məmmədov, həmçinin vurğulayıb ki, onunla maraqlanan klublardan biri yüksək liqa, digəri isə aşağı dəstə təmsilçisidir: “Bilirsiniz ki, mənim mətbuata yalan açıqlama verməklə aram yoxdur. İnşallah, yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Biri yüksək liqa klubudur, digəri isə aşağı dəstədə mübarizə aparır”.
Məmmədov “Qəbələ” klubunun baş məşqçisi postundan ayrılandan az sonra “Atırau”nun “sükanı arxasına” keçmişdi. Həmyerlimiz bu komandanın çalışdırıcısı kimi Qazaxıstan çempionatında 15 oyuna 15 xal toplamışdı.
Xatırladaq ki, Məmmədovdan öncə digər məşqçilərimiz Şahin Diniyevlə Yunis Hüseynovun da İranda çalışacağı bildirilsə də, onlar hələlik işsiz qalıblar.

0
0