Gənc hakimlərimiz beynəlxalq turnirdə
30.07.2011 - 13:27
Bu gün Qəbələdə startı verilən “Jalə” Beynəlxalq Futbol Turnirin oyunlarını azərbaycanlı gənc hakimlər idarə edəcək. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, AFFA Hakimlər Komitəsinin təyin etdiyi 8 referi 2 gün meydanda olacaqlar.
Bunlar 4-ü – Rauf Cabbarov, Rəhim Həsənov, Əliyar Ağayev, Ramil Diniyev baş, qalan 4-ü Zeynal Zeynalov, Yaşar Abbasov, Namiq Hüseynov və Rza Məmmədov yan xətt hakimləridir. Premyer Liqa və ölkə kubokunun oyunlarına təyinat alan bu hakimlərdən yalnız Zeynalov FİFA, qalanları milli dərəcəli hakimlərdir. Zeynal bu il FİFA hakim-köməkçisi dərəcəsini alıb.
Qeyd edək ki, turnirin iştirakçıları “Qəbələ” və “Kəpəz”, Gürcüstanın “Spartak” və “Dila” klublarıdır.

0
0