Elnur Allahverdiyevin ürəyindən keçənlər
30.07.2011 - 14:00
Elnur Allahverdiyevin ürəyindən keçənlər
“Təbii ki, bu gün dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyindən xəbərim var”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Elnur Abdullayev deyib.

Bu gün final mərhələsi 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Rio-de-Janeyro şəhərində baş tutacaq tədbirdə millimizin hansı qrupda yer alacağı dəqiqləşəcək.

Allahverdiyev bildirib ki, qrupda hansı komandalarla yer almasına baxmayaraq, məqsədləri maksimum xal toplamaq olacaq: “Millimiz 6 komandalı qrupa düşsə yaxşıdır. Rəqiblərimizin isə Yunanıstan, Rusiya, Ukrayna, Rumıniya və Andorra yığmalarının olmasını istərdim”.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 23:00 başlayacaq püşkatmada ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədovla millimizin baş məşqçisi Berti Foqts təmsil edəcək.