“Mançester Siti”nin sabiq futbolçusu Toni Adamsla bir məkanda
30.07.2011 - 14:18
Qəbələdə ilk dəfə keçirilən 1-ci “Jalə” Beynəlxalq Futbol Turnirinin iştirakçısı olan Gürcüstanın “Spartak” klubu 15 futbolçu ilə gəlib. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, komandanın baş məşqçisi Badri Kvaratsxeliyanın sərəncamında olan futbolçular qapıçılar - Tornike Zrkua, Laşa Dzaganiya, müdafiəçilər - Georgi Tsimakuridze, Givi Kvaratsxeliya, Badri Tetunaşvili, Fridolin Boyomo, Georgi Alavidze, Uça Burcenadze, yarımmüdafiəçilər - Teymuraz Şaniya, Kaba Şalamberidze, Georgi Mamuçişvili, Nika Maysuradze, Kaxaber Kakaşvili, hücumçular – Zviad Metreveli, Rezo Mikiya və İlya Buzaladzedir. Bunlardan Metreveli “Kəpəz”ə bu gün 2:3 hesabı ilə uduzduqları oyunda fərqləndi. Sxinvali təmsilçisinin digər qolu isə müdafiəçimiz Cavad Mirzəyevin avtoqolu ilə reallaşdı. “Spartak”ın baş məşqçisinin futbolçuları arasında həm adaşı, həm də həmsoyadı var.
“Spartak” 2007-ci ildə “Tsxinvali” klubunun bazasında yaradılıb. Komanda oyunlarını Qori şəhərinin “Kartsli” stadionunda keçirir. Bu, 2000 azarkeş tutumu olan arenadır. Klubun rəhbərliyində tanınmış insanlar yer alıb. Belə ki, “Spartak”ın prezidenti məşhur siyasi xadim Dmitri Sanakayevdir. Klubun vitse-prezidenti isə 90-cı illərin tanınmış gürcü futbolçularından olan Murtaz Şeliyadır. 42 yaşlı keçmiş müdafiəçi Nazim Süleymanovla Vladiqafqazın “Alaniya” klubunda komanda yoldaşı olaraq, onunla birgə Rusiya çempionu olub. Şeliya karyerasının son vaxtlarında - 1997-99-cu illərdə “Mançester Siti”də (15 oyun, 2 qol) oynayıb və “Qəbələ”nin ingilis baş məşqçisi Toni Adams London “Arsenal”ının kapitanı olduğu zamanı onunla meydanda görüşüb. Adams çalışdırdığı komanda Şeliyanın vitse-prezidenti olduğu klubla birgə mübarizə apardığı turnirin təşkilatçısıdır. Murtaz milli komandasında (1992-98-ci illər) 28 oyun keçirib.
Qeyd edək ki, “Bakı”nın sabiq gürcü hücumçusu Georgi Demetradze ölkəmizdə 1 illik çıxışını başa vurduqdan sonra Sxinvali “Spartak”ında oynayıb.
Mehman SÜLEYMANOV
QƏBƏLƏ

0
0