Milli çempionatımızın mükafatçısı Qəbələdə oynayacaq
30.07.2011 - 14:49
Milli çempionatımızın mükafatçısı Qəbələdə oynayacaq
Azərbaycan milli çempionatının iştirakçısı olan gürcü futbolu Roman Axalkatsi Qəbələdə oynayacaq. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, klublarımızdan “Karvan”, “Simurq” və “Olimpik”də oynayan təcrübəli hücumçu bu gün startı verilən 1-ci “Jalə” Beynəlxalq Futbol Turnirində iştirak edən “Dila”nın heyətində yer alıb. Georgi Tsetsadzenin baş məşqçisi Qori təmsilçisində 20 futbolçu yer alıb. Bunlar Axalkatsi ilə yanaşı, qapıçılar Mirza Merlani, Beka Şekriladze, müdafiəçilər Givi Dedava, Givi Karkuzaşvili, Levan Çaqelişvili, David Çitanava, İlya Lamidze, Oleq Qvelesiani, Valter Xorquaşvili, Teymuraz Şstirişvili, yarımmüdafiəçilər Vladimir Jajua, Nodar Nozadze, Vaja Nemsadze, Pavle Xarquaşvili, Daçi Tsnobiladze, hücumçular David Çaqelişvili, Gia Todua, David Rajamaşvili və Nikolaz Sadaqaşvilidir.

Roman Azərbaycan karyerasında ən böyük, uğurlu dövrünü keçirdiyi “Karvan”ın heyətində çempionatımızın gümüş və bürünc medalını qazanıb. O, ölkəmizdə hər 3 komandanın heyətində avrokuboklarda oynayıb. Axalkatsi yalnız “Olimpik”in heyətində Serbiyanın “Voyvodina” klubu ilə UEFA kubokunda I təsnifat mərhələsində Bakıda 1:1 hesabı ilə nəticələnən cavab görüşündə qol vurub.

Qeyd edək ki, Roman ölkəmizdə 2 il sonra bu gün saat 18:00-da “Qəbələ” ilə turnirin yarımfinal oyununda meydana çıxacaq.

Mehman SÜLEYMANOV
QƏBƏLƏ