“Qəbələ” 1-ci, “Spartak” sonuncudur
30.07.2011 - 15:19
“Qəbələ” “Jalə” şirkətinin sponsorluq etdiyi yarışa 25 futbolçu sifariş edib. Apasport.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, 1-ci “Jalə” Beynəlxalq Futbol Turnirin təşkilatçısı olan komandanın heyətində qapıçılar Pavel Doroşev, Anar Nəzirov, Elnar Kərimov, müdafiəçilər Mahir Şükürov, Saşa Yunisoğlu, Lyubo Baranin, Vurğun Hüseynov, Sergey Sokolov, Daniel Kruz, Nodar Məmmədov, Stiv Olfers, yarımmüdafiəçilər Aleksandr Çertoqanov, Abdulkader Kamara, Yaşar Abuzərov, Rövşən Əmiraslanov, Tərzin Cahangirov, Nuran Qurbanov, Arif İsayev, hücumçular Murad Hüseynov, Deon Barton, Viktor Mendi yer alıb.
Göründüyü kimi, ingilis baş məşqçi Toni Adamsın sərəncamında geniş heyət var. Bu isə turnirin iştirakçıları arasında rekorddur. Yəni nə “Kəpəz”, nə də Gürcüstan təmsilçiləri olan “Dila” (Qori) ilə “Spartak”ın heyətində (Sxinvali) bu qədər futbolçu var. Sonuncu cəmi 15 futbolçu gətirməklə, antirekordçudur. “Dila”nın heyətində isə futbolçuların sayı 21-dir .
Ölkəmizin ən titullu klublarından olan “Kəpəz” isə Qəbələyə 18 futbolçu ilə gəlib. Baş məşqçi Mehman Allahverdiyevin sərəncamında qapıçılar Elşən Poladov, Xəyal Zeynalov, müdafiəçilər Azər Məmmədov, Muammer Erdoğdu, Təbriz Hüseynli, Vasif Haqverdiyev, Renat Sultanov, yarımmüdafiəçilər Cavad Mirzəyev, Zaur Əsədov, Nikolar Çvejinçev, Ceyhun Soltanov, Asəf Qədiri, Anton Qay, Elçin Məmmədov, Armando Fuetçine, Şahin Kərimov, hücumlular Yuri Fomenko və Sabir Allahquliyev yer alıb.
“Kəpəz” 3 dəfə ölkə çempionluğu, 4 dəfə kuboku qazanın və bunun hamısına 90-cı illərdə Allahverdiyevin rəhbərliyi altında nail olub. Gəncə komandasının həmin heyətindən yalnız kapitan Azər Məmmədov qalıb.
Qeyd edək ki, bu gün startı verilən turnirdə finala ilk vəsiqə gəncəlilər “Spartak”a 3:2 hesabı ilə qalib gəlməklə, qazandı. Onun rəqibi bu gün saat 18:00-da başlayacaq “Qəbələ” – “Dila” oyununda müəyyənləşəcək. Sabah yekun vurulacaq turnirdə saat 10:00-da 3-cü yer uğrunda, 18:00-da final oyunu keçiriləcək.
Mehman SÜLEYMANOV
QƏBƏLƏ

0
0