Ceyhun Sultanov: Güclənməsək, işimiz çətin olacaq
30.07.2011 - 23:01
“Ölkə çempionatına hazırlığımız yaxşı keçdi. İndi komandanın komplektləşməsi gedir. Baş məşqçimiz Mehman Allahverdiyev gələn legionerləri sınaqda keçirir. Komandamız güclənməlidir. Əks halda, Premyer Liqa oyunları bizə çətin olacaq”. Bu sözləri apasport.az saytına “Kəpəz”in futbolçusu Ceyhun Sultanov verib.
O bildirib ki, komanda gücləndikdən sonra Premyer Liqada yüksək yerlər uğrunda mübarizə apara bilərlər.
Futbolçu həmçinin qeyd edib ki, Qəbələdə keçirilən beynəlxalq turnirdə meydan sahiblərinin məğlub olacağını gözləmirmiş: “Amma meydana 2-ci heyətin çıxdığını görəndə, məsələni anladım. Belə yarışlar hər il keçirilsə, əla olar. Oyun təcrübəsini yaxşılaşdırmaq baxımdan, belə turnirlər faydalıdır. Açığı, rəqib də güclü idi. Onlar texnikalı və sürətli futbol nümayiş etdirirdilər. Sabah (bu gün) “Dila” ilə finalda qarşılaşacağıq. Fikrimcə, bu matçda qalib gələn tərəf biz olacağıq”.

0
0