Rusiya Futbol İttifaqının prezidenti yığmamızın qrupunu zəif sayır
31.07.2011 - 05:50
Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, rusiyalı futbol funksioneri Azərbaycan milli komandasının da yer aldığı F qrupunu zəif sayır. Onun fikrincə, Rusiya üçün Portuqaliya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq kimi rəqiblərlə oynamaq o qədər də maraqlı deyil: “Güclü komandaları udmaq istəyiriksə daha güclü rəqiblərlə oynamalıyıq. Düşdüyümüz qrup isə aşkar keçiləsidir və biz bunu keçəcəyik. Kommersiya baxımından İngiltərə və ya İspaniya kimi rəqiblə düşmək sərfəli olardı. İddiamızı nəzərə alsaq istənilən rəqibi udmaq gücündə olmalıyıq”.
0
0