Advokat Foqtsla danışıqlara elə Rioda başladı
31.07.2011 - 06:22
DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasının F qrupunun təqvimi ilə bağlı danışıqlara start verilib. Apasport.az-ın xəbərinə görə, bu məlumatı Rusiya Futbol İttifaqının prezidenti Sergey Fursenko açıqlayıb.
O bildirib ki, Rusiya, Portuqaliya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburqun yer aldığı qrupun təqvimi ilə bağlı görüşlər Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən püşkatmadan dərhal sonra başlayıb: “Yığmanın baş məşqçisi Dik Advokat və Rusiya Futbol İttifaqının baş katibi Andrey Balaşov hazırda Rio-de-Janeyrodadırlar. Onlar təqvimlə bağlı ilkin danışıqlara başlayıblar”.
Qeyd edək ki, Azərbaycanı Braziliyada yığmanın baş məşqçisi Berti Foqts və AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edib və təqvimlə bağlı ilk danışıqlara da məhz onlar qatılıblar.

0
0