Roman Şirokov: Azərbaycanla görüşün təcrübəsi heç də yaxşı olmamışdı
31.07.2011 - 05:00
Roman Şirokov: Azərbaycanla görüşün təcrübəsi heç də yaxşı olmamışdı
“Qrupumuzu kifayət qədər keçiləsi sayıram. Özü də buradan 1-ci yerlə DÇ-yə gedə bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Roman Şirokov deyib.

“Zenit” klubunun yarımmüdafiəçisi DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasını dəyərləndirib, Rusiya, Portuqaliya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburqun yer aldığı F qrupuna qiymət verib: “O ki, qaldı yaxşı tanıdığımız Azərbaycan və İsrailə, son görüşlərin təcrübəsi heç də yaxşı olmamışdı. Həm onlar, həm də Portuqaliya ilə matçlarda azarkeşlər qarşısında reabilitasiya ola bilərik”.