Kuboku gürcülər qazandı
31.07.2011 - 18:48
Bu gün Qəbələdə I “Jalə” Beynəlxalq Futbol Turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, saat 10:00-da 3-cü yer uğrunda oyun keçirilib. Turniri təşkil edən “Qəbələ” Gürcüstanın “Spartak” (Sxinvali) klubu ilə görüşüb. Qonaqlar 2-ci hissənin ortalarında vurulan 1 qolla qalib gəlib.
Saat 18:00-da isə final oyunu başlayıb. Gəncə “Kəpəz”i Gürcüstanın digər təmsilçisi – Qorinin “Dila” klubu ilə qüvvəsini sınayıb. Mehman Allahverdiyevin baş məşqçi postuna dönüşündən sonra ilk mükafatını qazanmaq iddiasında olan gəncəlilər 2-ci hissədə buraxılan tək qolla məğlub olub.
Beləliklə, “Dila” 1-ci, “Kəpəz” 2-ci, Sxinvali təmsilçisi 3-cü, qəbələlilər isə turniri sonuncu yerdə bitirdi. Finaldan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandalarla yanaşı fərdi mükafat da sahibini tapıb. Finalın taleyini həll edən David Razanaşvili turnirin ən yaxşı futbolçusu seçilib. Ona mükafatı “Qəbələ”nin baş məşqçisi Toni Adams təqdim edib. Sonda baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib. Çalışdırıcılar turnirdən razılıqlarını dilə gətirərək təşkilatçılara təşəkkür ediblər. Qaliblərin çalışdırıcısı bunu 1-ci yeri tutacaqlarını gözləmədiyini, lakin bunun yerinə düşdüyünü bildirib. Badri Kvaratsxeliya isə turnirlə bağlı arzusunu açıqlayıb: “İstərdim ki, gələcəkdə mənim sevimli komandam “Şəmkir” də bu turnirdə iştirak etsin”.
3-CÜ YER UĞRUNDA GÖRÜŞ
“Qəbələ” - “Spartak” - 0:1
QOL: Qiqiya, 70
FİNAL
18:00 “Kəpəz” – “Dila” - 0:1
QOL: Razanaşvili, 80
Qeyd edək ki, turnirə “Jalə” şirkəti sponsorluq edir.

0
0