Anatoli Bışovets yığmamıza asan rəqib gözüylə baxır
31.07.2011 - 14:15
Anatoli Bışovets yığmamıza asan rəqib gözüylə baxır
DÇ-2014-ün seçmə mərhələsinə münasibət bildirən çoxsaylı mütəxəssislər arasında Rusiya millisinin sabiq baş məşqçisi Anatoli Bışovets də olub. Apasport.az saytının məlumatına görə, futbol veteranı Rusiya və Azərbaycan yığmalarının yer aldığı qrupu zəif sayır.

Bışovets bunu asan rəqiblərin çoxluğu ilə izah edir: “Qrupumuzda asan keçiləsi rəqiblər var. Azərbaycan, Lüksemburq və Şimali İrlandiyanı belələrinə aid etmək olar. Lakin Portuqaliya ilə hesablaşmalı olacağıq və İsraili unutmamalıyıq”.