Toni Adams: Transferlər yenə olacaq
31.07.2011 - 13:58
“Qəbələ” klubu yeni mövsüm ərəfəsində təqdimat mərasimi keçirib. Apasport.az saytının məlumatına görə, klubun stadionunda keçirilən tədbirdə komandanın yeni ağ formaları, həmçinin transferlər təqdim olunub.
Media nümayəndələrinin də qatıldığı tədbirdə futbolçular şəkil çəkdirərək, jurnalistlərin suallarını da cavablandırıb.
Baş məşqçi Toni Adams da mövsümə hazırlıq barədə fikirlərini açıqlayıb: “Mövsümə hazırlığımız yaxşı keçib. “Qəbələ”ni çempionata hazır saymaq olar. Yaxşı transferlər etmişik ki, bunları da mövsümdə görəcəksiniz. Lakin hələ bu son deyil. Transfer pəncərəsinin sonuna qədər olan 1 ay ərzində heyətimizə yeni futbolçular qatacağıq”.

0
0