“Tale özü Azərbaycanı bizə bilərəkdən rəqib bəxş etdi”
31.07.2011 - 14:40
“Tale özü Azərbaycanı bizə bilərəkdən rəqib bəxş etdi”
“Belə çıxır ki, tale özü bizə son illər Rusiyanı bərk incidən bu rəqibləri bilərəkdən bəxş etdi ki, onlara “borcumuzu” qaytaraq. Biz 2005-ci ildə Portuqaliyadakı 1:7, 2007-ci ildə Təl-Əvivdəki 1:2 məğlubiyyətin əvəzini çıxmalı, Bakıda qeydə alınan heç-heçəni bütün azarkeşlərimizə unutdurmalıyıq. Burada yalnız Slovakiya və Sloveniya çatışmır. Bu isə gözlənilən idi. Axı, onlar bizimlə eyni səbətdə idilər”.

Apasport.az saytının məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsinin dünənki püşkatmasını şərh edən Rusiya millisinin hücumçusu Roman Pavlyuçenko deyib.

İngiltərənin “Tottenhem” klubunun formasını geyinən futbolçunun fikrincə, F qrupu nə çox güclü, nə də çox zəifdir: “İstənilən halda, bu gün bütün komandalar futbol oynamağı bacarırlar. Buna görə də indi rəqibin heyətini yox, özünün vəziyyətini düşünməlisən”.