İsrail – Azərbaycan oyunu çərşənbə axşamı keçiriləcək?
31.07.2011 - 16:15
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığması bütün ev oyunlarını çərşənbə axşamı keçirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, İsrail Futbol Federasiyası bütün rəqiblərin razılığını almaqda israrlıdır. Cümə günü evdə oynamağı məqsədəuyğun saymayan israillilər Avropa zonasının F qrupundakı matçlarının həftənin II gününə təsadüf etməsi üçün çalışır.
Qeyd edək ki, İsrail Azərbaycanla yanaşı Portuqaliya, Rusiya, Şimali İrlandiya və Lüksemburqla da qarşılaşacaq.
Qeyd edək ki, İsrail Azərbaycanla yanaşı Portuqaliya, Rusiya, Şimali İrlandiya və Lüksemburqla da qarşılaşacaq.
0
0