“Azərbaycanda bütün klublar nəticə haqda fikirləşir” - FOTO
31.07.2011 - 23:01
“Azərbaycanda bütün klublar nəticə haqda fikirləşir” - FOTO
“Püşk haqda nə deyə bilərəm? Bu, seçim mənə məxsus deyil. Kim düşübsə, onunla da oynamalıyam”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssisin komandası Premyer Liqanın növbəti mövsümünə “Bakı” ilə oyunla başlayacaq.

Bunanla bağlı fikirlərini bildirən Adams deyib ki, komandasını çətin bir qarşılaşma gözləyir: “Bakı”nın gücləndiyini bilirəm. Düşünürəm ki, avrokuboklardan kənarda qalan rəqibimiz bu mövsüm ora düşmək üçün mübarizə aparacaq. Bizi çox çətin oyun gözləyir. Düzdür, “Bakı” ilə yeni meydançamızda oynamaq istəyirdik. Ancaq hələ keçid dövrü gedir. Fikir vermişəm ki, Azərbaycanda bütün klublar nəticə haqda fikirləşir. Ancaq belə şərait yaratmaq lazımdır və bizdə olanın bütün klublarda reallaşmasını istərdim”.