Seçmə mərhələnin xoşbəxtləri
31.07.2011 - 23:02
Seçmə mərhələnin xoşbəxtləri
Dünyanın məşhur idman portallarından goal.com DÇ-2014-ün seçmə mərhələsinin püşkatmasına münasibətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız Avropa zonası ilə bağlı ehtimallarını ortaya qoyublar.

Onlar hər qrupun qalibi, ikincisi və uğursuzu ilə bağlı seçimlərini açıqlayıblar.

A: Belçika (qrup qalibi), Xorvatiya (qrup ikincisi) (uğursuzlar - Serbiya və Şotlandiya)

B: İtaliya (qrup qalibi), Danimarka (qrup ikincisi) (uğursuzlar – Çexiya və Bolqarıstan)

C: Almaniya (qrup qalibi), İsveç (qrup ikincisi) (uğursuzlar – Avstriya və İrlandiya)

D: Hollandiya (qrup qalibi), Türkiyə (qrup ikincisi) (uğursuzlar – Macarıstan və Rumıniya)

E: Norveç (qrup qalibi), İsveçrə (qrup ikincisi) (uğursuzlar - Sloveniya və İslandiya)

F: Portuqaliya (qrup qalibi), Rusiya (qrup ikincisi) (uğursuz - İsrail)

G: Bosniya və Herseqovina (qrup qalibi), Yunanıstan (qrup ikincisi) (uğursuz - Slovakiya)

I: İspaniya (qrup qalibi), Fransa (qrup ikincisi) (uğursuzlar - Belarus və Gürcüstan)