Saşa Yunisoğlu: Problemlər yoluna qoyulacaq
31.07.2011 - 17:35
“Uduzmağımıza baxmayaraq, yaxşı oynadıq. Əlimizə düşən fürsətlərdən istifadə etsəydik, nəticə başqa cür olacaqdı. Vurmayana vurarlar”. Bunu apasport.az saytına açıqlamasında “Spartak”la (Gürcüstan) yoldaşlıq görüşündən sonra “Qəbələ”nin futbolçusu Saşa Yunsoğlu deyib.
Onun fikrincə, məğlubiyyətə digər səbəb, “Dumanlı Albionda” təşkil edilmiş təlim-məşq toplanışından irəli gələn yorğunluq və iqlimə uyğunlaşmamaqdır: “İngiltərədə havalar sərin və yağmurlu olurdu. Xeyli müddət orada qaldığımızdan mühitə öyrəşmişdik. Soyuq havadan çıxıb birdən-birə isti yerə düşmək, az müddətə istirahət etmək, istər-istəməz oyuna öz mənfi təsirini göstərdi”.
Saşa əlavə edib ki, bu problem Premyer Liqa başlayanadək yoluna qoyulacaq: “Ölkə çempionatının başlamasına 6 gün var. Məşqlərimizi davam etdiririk. Bu məğlubiyyətdən nəticə çıxarıb, Premyer Liqa matçlarında daha yaxşı təsir bağışlayacağıq. İnanıram ki, ölkə daxili yarışda istədiyimiz nəticələri qazanacağıq”.
Qeyd edək ki, I “Jalə” beynəlxalq turnirində bu gün keçirilmiş 3-cü yer uğrunda görüşdə “Qəbələ” Sxinvali “Spartak”ına 0:1 hesabı ilə məğlub olub.

0
0