“Azərbaycan yığmasının 1 il sonra necə olacağı məlum deyil”
01.08.2011 - 09:43
“Hesab edirəm ki, indi dünya çempionatının seçmə mərhələsi haqda boşboğazlıq etməyin heç bir mənası yoxdur. Bunun 2 səbəbi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya millisinin kapitanı Andrey Arşavin deyib.
London “Arsenal”ının hücumçusu ötən mərhələdə olduğu kimi, DÇ-2014-ün seçmə mərhələsində də Azərbaycan yığması ilə görüşmək imkanı qazanır. Bu, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən püşkdə rəqiblərimizdən birinin Rusiya olmasından sonra aydınlaşdı.
Ancaq Andrey püşkü geniş dəyərləndirməyi lazım bilməyib: “Birincisi, qrupumuzda olan komandaların 1 il sonra hansı səviyyədə olacağı məlum deyil. Bilinmir ki, həmin vaxt güclərin ardıcıllığı necə olacaq. Üstəlik, heç kim 2 il sonra, dünya çempionatının startı ərəfəsində komandaların güclərini təsəvvür edə bilməz. İkincisi, biz hələ Avro-2012-ə düşmək məsələsini həll etməliyik. İndi diqqətimizi buna yönəltməliyik. Hazırda bu haqda düşünmək lazımdır, vəssalam”.
Qeyd edək ki, Arşavin milli komandasının heyətində 2009-cu ilin oktyabrında Bakıda 1:1 hesabı ilə nəticələnən rəsmi oyunda qapımıza qol vurub. O, ötən mövsüm bitəndən sonra istirahətinin bir hissəsini ölkəmizdə keçirdi.

0
0