Millimizin oyunlarının təqvimi Lüksemburqda müəyyənləşəcək
01.08.2011 - 10:01
Millimizin oyunlarının təqvimi Lüksemburqda müəyyənləşəcək
Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsində yer adlığı F qrupunun təqvimin müəyyənləşəcəyi məkan dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərindəki püşkdən sonra 6 yığmanın nümayəndələri noyabrda Lüksemburqda yığışaraq, təqvimi müzakirə edəcək.

Maraqlıdır ki, adətən belə görüşlər qrupun favorit ölkəsində olsa da, bu dəfə autsayderi seçiblər. Belə gedişlə Lüksemburq kimi Azərbaycan da qrupun autsayderi sayılsa da, rəqiblərimiz Avropanın mərkəzində görüşməyi daha üstün tutublar. Bununla da milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts Lüksemburqda təqvimin müzakirəsinə qatılaraq, təkliflərini verəcək və son seçim haqda xəbərdar olacaq.

İsrail Futbol Assosiasiyasının rəhbərliyi isə ev oyunlarının cümə yox, çərşənbə günü keçirilməsinə nail olmağa çalışır. Çünki din israillilərə cümə günü işlə məşğul olmağa imkan vermir.

Qeyd edək ki, F qrupunda Portuqaliya, Rusiya, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq yer alıb.