Paulu Bentu Azərbaycan yığması ilə oyundan ehtiyatlanır
01.08.2011 - 10:27
Paulu Bentu Azərbaycan yığması ilə oyundan ehtiyatlanır
“İşimizin asan olacağı haqda düşünməməliyik. Rusiya yığması çox güclü rəqibdir. İsrail möhkəm komandadır və Avro-2012-yə düşməyə çalışır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu deyib.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı qrupun favoriti olan portuqaliyalıların çalışdırıcısı püşk haqda fikirlərini bildirib.

Düzdür, Bentu konkret Azərbaycanın adını çəkməsə də, onunla da oyunun asan olmayacağına dolayısı ilə bildirib: “Biz digər rəqiblərimiz haqda da unutmamalıyıq. Onlarla da bizə çətin olacaq. Əlbəttə, biz Braziliyadakı dünya çempionatına düşmək istəyirik və buna mütləq nail olmalıyıq. Bu ölkə futbolla yaşayır, bizimlə bir dillə danışır. Ona görə da Braziliyada güclü dəstəyimiz olacaq. Ancaq hələ ki bütün fikirlərimiz Avro-2012-dir. Ora düşmək məqsəddir və indi biz buna konsentrasiya olunmalıyıq”.

Qeyd edək ki, Bentu futbolçu karyerası zamanı Portuqaliya ilə hələ Avro-2000-in seçmə mərhələsində bir qrupa düşdüyümüz (səfərdə 0:7, evdə 1:1) millimizə qarşı oynayıb.