“Foqtsu oteldə gördüm, ancaq görünür, püşkdən dərhal sonra gedib”
01.08.2011 - 10:41
“Foqtsu oteldə gördüm, ancaq görünür, püşkdən dərhal sonra gedib”
Rusiya millisinin baş məşqçisi Dik Advokat Azərbaycan yığmasının çalışdırıcısı Berti Foqtsla Braziliyada görüşə bilməyib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis alman həmkarı ilə Rio-de-Janeyro şəhərində keçirilən 2014-cü il dünya çempionatının seçmə mərhələsində püşkdən sonra söhbətləşmək istəsə də, buna nail olmayıb: “Mən püşkdən sonra rəqiblərimizdən Şimali İrlandiya və Lüksemburq yığmalarının nümayəndələri ilə görüşdüm. Berti Foqtsu isə oteldə gördüm. Ancaq görünür, o, püşkdən dərhal sonra gedib”.

Qeyd edək ki, Rio-de-Janeyroda keçirilən püşk iyulun 30-da Bakı vaxtilə saat 23:00-da keçirildi. Foqts artıq bu gün millimizi Bakıda bir araya gətirərək, 4 günlük təlim-məşq toplanışı keçirdiyindən və Braziliyadan bura uzaq yolu nəzərə alaraq, orada çox qalmayıb.