Roman Pavlyuçenko: Bax, Azərbaycan yığması daha maraqlıdır
01.08.2011 - 10:59
Rusiya millisinin futbolçusu Roman Pavlyuçenko Azərbaycan yığmasını inadkar sayır. Apasport.az saytının məlumatına görə, London “Tottenhem”inin hücumçusu 2 il öncə Moskvada (2:0) qol vurduğu milli komandamızla dünya çempionatının seçmə mərhələsində növbəti görüşə böyük stimulla çıxacaq: “O-o, bax, Azərbaycan yığması daha maraqlıdır! Yaxşı, inadkar komandadır. Bizi 2 il öncə Bakıdakı heç-heçəyə görə tənqid edirdilər. Bu, hələ də yadımdadır. Buna görə də Azərbaycanla yenidən görüşmək əlavə stimul olacaq”.
Qeyd edək ki, Pavlyuçenko 2009-cu ilin oktyabrında milli komandamızla Bakıda 1:1 hesabı ilə nəticələnən rəsmi oyuna gətirilsə də, meydana buraxılmadı.
Qeyd edək ki, Pavlyuçenko 2009-cu ilin oktyabrında milli komandamızla Bakıda 1:1 hesabı ilə nəticələnən rəsmi oyuna gətirilsə də, meydana buraxılmadı.
0
0