“Azərbaycan yığması səviyyəsinə görə İsraildən geri qalır”
01.08.2011 - 11:19
“Azərbaycan yığması səviyyəsinə görə İsraildən geri qalır”
Rusiyalı futbolçu Vasili Berezutski DÇ-2014-nü seçmə mərhələsində qarşılaşacaq Azərbaycan yığmasına qiymət verib. Apasport.az saytının məlumatına görə, Moskva MOİK-inin müdafiəçisi hələ DÇ-2010-un seçmə mərhələsində görüşdüyü milli komandamızı qrupun autsayderlərindən sayır.

Vasili yığmamızı İsrail millisi ilə müqayisə edib: “Qrupumuz yetərincə normal alınıb. Azərbaycan yığması pis komanda deyil. Ancaq o, səviyyəsinə görə İsraildən geri qalır. Buna görə də qrupumuzun lideri, 1-ci yer uğrunda mübarizədə əsas rəqibimiz Portuqaliya yığmasıdır”.

Qeyd edək ki, millimiz F qrupunda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburqla düşüb.