Bundesliqanın iştirakçısı Lənkəranda uğurla oynamaq istəyir
01.08.2011 - 11:51
Bundesliqanın iştirakçısı Lənkəranda uğurla oynamaq istəyir
Qazaxıstan yığmasının futbolçusu Henrix Şmidtqal Avro-2012-in seçmə mərhələsində millimizə yenə qalib gələcəklərinə inanır. Apasport.az saytının məlumatına görə, II Bundesliqa təmsilçisi “Qroyter Fruyt”un yarımmüdafiəçisi millimizlə səfər oyununa böyük ümidlə baxır.

Məlum olduğu kimi, Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 5-də Lənkəranda keçiriləcək. Henrix seçmə mərhələdə qalan matçlarına nikbin baxır: “Mənə elə gəlir ki, milli komandamız “artırır”. Biz son oyunda Azərbaycan yığmasına qalib gəldik. Ümid edirəm ki, qalan 4 oyunumuzu da uğurla keçirəcəyik. Suriya yığması ilə yoldaşlıq görüşü ilə bağlı baş məşqçimiz Miroslav Beraneklə danışdım. Biz belə qərara gəldik ki, indi mənin yeni klubuma adaptasiyaya diqqətimi yönəltməyim daha yaxşı olardı. Ancaq əlbəttə, seçmə oyunlara gələcəyəm”.

Qeyd edək ki, Qazaxıstan cari seçmə mərhələdə ilk xalını, ilk qolunu iyunun 3-də millimizə evdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda nail oldu.